Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü
07 Avq 2020 17:49


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Milli Hərəkat Partiyasının (MHP) sədri Samir Cəfərov arasında avqustun 7-də görüş keçirilib. 

Görüşdə bir sıra məsələlər, o cümlədən, ölkədə iqtidar-müxalifət dialoqu, COVID-19-a qarşı mübarizə tədbirləri və Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.

İlk növbədə Ə.Vəliyev Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata toxunub. Qeyd olunub ki, ordumuzun layiqli cavabı nəticəsində düşmən məqsədlərinə nail ola bilməyib.

Digər tərəfdən, bildirilib ki, mövcud sağlam siyasi mühitin nəticəsi olaraq 43 siyasi partiya birlikdə, dörd siyasi partiya isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləyib və ölkəmizin bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşdiklərini bəyan ediblər. 

Siyasi dialoqun nəticəsi kimi son bir neçə ay ərzində ölkədə dörd yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, üç siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən qeydiyyata alınmasını və iki yeni siyasi partiyanın təsis Qurultaylarının keçirilməsini müsbət hal kimi qiymətləndirən S.Cəfərov yaxın bir dövrdə MHP-nin qurultayının keçirilməsini planlaşdırdığını qeyd edib.

Görüş zamanı tərəflər pandemiyaya qarşı mübarizə çərçivəsində ölkə başçısı tərəfindən zamanında verilən qərarların respublika ərazisində virusa yoluxma sayının azalmasına və əhalinin sağlamlığını maksimum qorumasına xidmət etdiyi barədə fikir mübadiləsi aparılıb. 

Eyni zamanda, ikitərəfli görüş zamanı pandemiya dövründə bir çox sektorun karantin rejimi çərçivəsində fəaliyyətini dayandırması nəzərə alınaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən vətəndaşlara sosial və iqtisadi yardım paketlərinin hazırlanması məsələsinə də toxunulub.

Bu istiqamətdə atılan addımlar Azərbaycan hökumətinin daim xalqın yanında olduğunun sübutu kimi qiymətləndirilib.

Sonda ölkədə iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyi qeyd olunub.

23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.