Livanda faciə qurbanlarının sayı 157-yə çatıb

Livanda faciə qurbanlarının sayı 157-yə çatıb
07 Avq 2020 16:25

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 157-yə çatıb.

 bu barədə jurnalistlərə Livanın Səhiyyə naziri Həməd Həsən məlumat verib. O deyib ki, ağır yaralanan 120 nəfərin də vəziyyəti kritikdir.

Livan hökumətinin məlumatında bildirilib ki, hazırda partlayışdan sonra itkin düşmüş yüzlərlə insanın axtarışı davam etdirilir. Eyni zamanda, evsiz qalmış 300 mindən çox Beyrut sakini qonşu ölkələrin dəstəyi ilə sığınacaqlarda yerləşdirilir.

BMT-nin Uşaq Fondu da partlayış nəticəsində evsiz və sahibsiz qalan 80 mindən çox uşağın himayəyə götürülməsi təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə 4,4 milyon dollar vəsait toplanması nəzərdə tutulur.

Beyrutun meri Mərvan Əbbud bəyan edib ki, limanda partlayış nəticəsində şəhərə 15 milyard dollar zərər dəyib. O əlavə edib ki, Livan paytaxtının yarısı xarabalığa çevrilib. 


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.