İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avq 2020 14:03


Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

dövlətimizin başçısı müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışından bəzi məqamları diqqətinizə təqdim edirik:

“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

“Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

“Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.

“Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını beş dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq”.

“Bu günə qədər modul tipli doqquz xəstəxana istismara verilmişdir. Onlardan dördü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

28 Sent 2020
Siyasət

Prezidentin köməkçisi diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdü

Sentyabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib.

28 Sent 2020
Siyasət

Rusiya Azərbaycanlıları Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib

Rusiyanın Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyası Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhə xətti boyunca yerləşən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından atəşə tutulması və bunun nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçularının və mülki vətəndaşlarının öldürülməsi və yaralanması ilə əlaqədar bəyanatla çıxış edib.

28 Sent 2020
Siyasət

Azərbaycanda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edildi

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə sənəd qəbul edib.

28 Sent 2020
Siyasət

Türkiyə və Azərbaycan parlament sədrləri cəbhədəki vəziyyəti müzakirə etdilər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.