Ümumdünya Karate Federasiyası (WKF) 2021-ci ilin ilkin təqvim planına Bakıya yarış saldığını təsdiqləyib.
realpress.az-ın xəbərinə görə, gələn il keçiriləcək beş Premyer Liqa yarışından (bu il bu yarışın sayı altı idi – red.) biri – ikincisi Bakıda baş tutacaq. Bu yarış 12-14 mart tarixlərində təşkil olunacaq.
Digər Premyer Liqa yarışları Lissabon (19-21 fevral), Rabat (9-11 aprel), Daşkənd (3-5 sentyabr) və Moskvada (1-3 oktyabr) keçiriləcək. Bunlardan Mərakeş və Rusiyadakı yarışlar istisna olmaqla, Premyer Liqa bu ölkələrdə ilk dəfə baş tutacaq.
Lakin Bakıdakı yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalı qazandırmayacaq. Belə ki, Rabatdakı Premyer Liqa, İsveçin Yöteborq şəhərindəki Avropa çempionatı (12-16 may) və Fransanın paytaxtı Parisdəki Təsnifat turniri (11-13 iyun) lisenziya xalı qazandıran yarışlar olacaq.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə karate üzrə Premyer Liqa yarışı keçiriləcəyini realpress.az məlumat vermişdi. Bildirmişdik ki, BƏƏ-nin Dubay şəhərində 2021-ci ildə dünya çempionatı keçiriləcəyindən, fevralda bu ölkədəki Premyer Liqa yarışı Bakıya veriləcək. Azərbaycanda ənənəvi olaraq keçirilən “Baku Open Karate” yarışı isə gələn Premyer Liqa ilə təşkil olunacaq.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.