Qara Qarayev: “Şəxsiyyət vəsiqəmdə göstərilmiş Füzuliyə geri qayıdacağıma ümid edirəm”

Qara Qarayev: “Şəxsiyyət vəsiqəmdə göstərilmiş Füzuliyə geri qayıdacağıma ümid edirəm”
18 İyul 2020 08:06


“Qarabağ” futbol klubu Qarabağın bir parçasıdır. Klubumuz bu adı daşımaqla Qarabağın bütün dünyada hansı ölkəyə məxsus olmasını göstərən bariz nümunədir”.

Bunu realpress.az-a millimizin və “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Hazırda komandası ilə Qəbələdə Çempionlar Liqasının I təsnifat mərhələsinə hazırlaşan Qara Qarayev Tovuzda baş verənlərə münasibətini bildirib:

“Həmişə şəhid verdiyimiz vaxt kədərimiz cəbhədə baş verənlərə uyğun olub. Belə hallar həmişə biz futbolçulara pis təsir edib. Tovuzdakı hadisələr də bura aiddir. Biz fiziki cəhətdən ola bilməsək də, mənəvi baxımdan daim əsgərlərimizlə birgəyik.

Ehtiyac duyularsa, biz də əsgər getməyə hazırıq. Verilən itkilər hamı kimi bizi də məyus etdi. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirəm.

Ümid edirəm ki, biz tezliklə tarixi zəfərimizi qazanacağıq. Ümid edirəm ki, şəxsiyyət vəsiqəmdə doğum yeri kimi göstərilmiş Füzuli rayonuna geri qayıdacağam”.


19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.