Güləşçilərə məşqdə uzunqol köynək geyinmək və bir idmançı ilə güləşmək tövsiyə olundu

Güləşçilərə məşqdə uzunqol köynək geyinmək və bir idmançı ilə güləşmək tövsiyə olundu
14 İyul 2020 10:55


Ümumdünya Güləş Birliyinin (UWW) növbəti vebinarı baş tutub.

realpress.az xəbər verir ki, mövzusu “COVID-19 virusunun öhdəsindən gəlmək və yenidən güləşə qayıtmaq” olan vebinarda idman həkimi və bu sahə üzrə mütəxəssis Babək Şadqan çıxış edərək, koronavirusla bağlı detallara toxunub və pandemiya şəraitində güləşçilərin özünü qoruması, eləcə də məşqlərini necə davam etdirmələri ilə bağlı məsləhətlərini çatdırıb.

Vebinarda güləşçilərə tövsiyə olunub ki, xəstəlikdən maksimum qorunmaq və bunun qarşısının alınması üçün düzgün qidalanmaq və vitaminlərlə immunitet sistemini gücləndirmək, müntəzəm aerobika məşqləri vacibdir. Bundan başqa, tez-tez 20 saniyə ərzində əlləri yumaq, hər məşqdən əvvəl və sonra duş almaq, məşq avadanlıqlarını (inventarı) məşqdən əvvəl və sonra təmizləmək, eyni qabdan su içməmək və eyni dəsmaldan istifadə etməmək, fasilə zamanı komanda yoldaşlarından və məşqçilərindən müəyyən məsafədə durmaq, məşqdə yalnız bir və sağlam olan idmançı ilə güləşmək, son dərəcə ehtiyatlı və məsuliyyətli olmaq, uzunqol idman köynəyindən istifadə etmək lazımdır.

Sonda mühazirəçi qeyd edib ki, koronavirusun müalicəsi və peyvəndi tapılanadək məşqlərdə məhdud sayda güləşçilər iştirak etməli və onlar maksimum dərəcədə məsuliyyətli və ehtiyatlı olmalıdır.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.