Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”

Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”
13 İyul 2020 12:40


"Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib”.

Bunu realpress.az-a iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov deyib.

Şəhid atası oğlunun mərd, vətəni canından çox sevən olduğunu deyib:

“Xəyyam torpağına bağlı oğul idi. Çox vətənpərvər ruhda bir əsgər idi. Hər dəfə onunla telefonda danışanda “Məndən narahat olmayın, vətənimə xidmət edirəm” deyirdi. Sonuncu dəfə Xəyyam babası ilə danışmışdı.

İki gün əvvəl babası ilə hər birimizə salamlarını, sevgilərini göndərmişdi. İndi isə oğlum şəhid oldu. Vətən sağ olsun. Bütün şəhid ailələrinə səbr diləyirəm. Allah rəhmət eləsin”.

Şəhidin əmisi Cümşüd Daşdəmirov da Vətən uğrunda şəhid olan bütün oğullara Allahdan rəhmət diləyib:

“Bizim üçün çox ağırdır. Xəyyam çox cəsur, igid oğul idi. Vətən yolunda xidmətə getdi. Vətən yolunda da canından keçdi. Allah bütün şəhidlərə rəhmət eləsin!”


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.