Deputat: “Ermənistanın budəfəki təxribat cəhdinin altında yatan hiylə başqa idi”

Deputat: “Ermənistanın budəfəki təxribat cəhdinin altında yatan hiylə başqa idi”
13 İyul 2020 12:25


“Ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid düşən oğullarımızın ailələrinə başsağlığı verirəm. Ata, qardaş, övlad itkisi ağır dərddir, amma torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, çətin də olsa, bu ağrılara dözməliyik”.

Bunu realpress.az-a deputat Elman Məmmədov iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı danışarkən deyib.

O bildirib ki, Ermənistan bununla özünün növbəti məkrli hiyləsini həyata keçirmək istədi, lakin yenə də istədikləri təxribat baş tutmadı:

“Tovuz istiqamətində gedən döyüşlərdə bizim ordumuz dörd şəhid verdi. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Lakin düşmən tərəfin də itkisi az olmadı. Döyüş, müharibə tarixən belə olub. Torpaqlarımızı müdafiə etmək istəyiriksə, itkilər qaçılmazdır.

Allah şəhidlərimizə rəhmət eləsin. Ermənistanın budəfəki təxribat cəhdinin altında yatan hiylə başqa idi. Onlar Azərbaycan ordusunun nə dərəcədə güclü olduğunu bilir. Çox yaxşı bilirlər ki, bizim ordumuzun qarşısında tab gətirə biləcək orduya sahib deyillər. Ancaq təxribatla məşğuldurlar.

Həmişə olduğu kimi, bu dəfə də məqsədləri beynəlxalq təşkilatların nəzərini bu söhbətə çəkmək idi. Xüsusilə də üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini bu məsələyə çəkib Azərbaycanın Ermənistan ərazisinə təhlükə törətdiyinə dair mənzərə yaratmaqdır.

Çünki həmin təşkilatın nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvlərindən hər hansı birinin ərazisinə təhlükə olarsa, o biri dövlətlər ona kömək etməlidir. Ermənilərin hiyləsi budur”.

E.Məmmədov onu da əlavə edib ki, o təşkilatın üzvlərinə nəzər salanda yaradıcısının Rusiya tərəfi olduğunu görürük:

“Onlar bu işə Moskvanı da cəlb etməyə çalışırlar. Ermənistan - Azərbaycan münaqişəsinə Rusiyanı cəlb edib, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etdiyini iddia edirlər. Həqiqət isə belə deyil. Azərbaycanın məqsədi birdir: 30 ilə yaxındır Ermənistanın işğal altında saxladığı əzəli, əbədi torpaqlarını geri almaq. Ermənistanın bir qarış torpağında bizim gözümüz yoxdur.

Halbuki tarix də bunu sübut edib ki, Ermənistan dövlətinin mövcud olduğu bütün ərazi Azərbaycan xalqına məxsus, tarixi torpaqlardır. Bütün bunlara rəğmən, yenidən hiyləyə əl atdılar və lazımi cavablarını aldılar.

Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfi 10-dan çox itki verdi. Azərbaycanın verdiyi dörd şəhidə qarşı onların onlarla əsgəri, hərbi texnikaları, məntəqələri məhv edildi”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.