Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI - FOTO

Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI - FOTO
13 İyul 2020 11:54


İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatları tərəfindən şiddətlə qınanılıb.

realpress.az xəbər verir ki, xaricdəki diaspor təşkilatlarımız Ermənistan ordusunun təxribatına çevik reaksiya verərək, onu pisləyib və baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışıblar.

Artıq Türkiyə cəmiyyəti və orada fəaliyyət göstərən diaspor təşkilatlarımız Tovuz istiqamətində baş verən təxribat zamanı Azərbaycanı haqlı savaşda dəstəkləyib, şəhidlərimizi rəhmətlə anaraq, yaralılarımıza şəfa diləyiblər.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan - Türkiyə Dostluq, İşbirliyi və Dayanışma təşkilatının rəhbəri Aygün Əttar Ermənistanın təxribatını şiddətlə qınayaraq, baş verənlərlə bağlı beynəlxalq aləmin, xüsusən də ATƏT-in Minsk Qrupunun təcili reaksiya verməsini tələb edib.

Azərbaycan-Türk Gənclər Təşkilatı da baş verən olayla bağlı qəbul etdiyi bəyanatda Azərbaycan tərəfinin üç şəhid verdiyini və beş yaralı olduğunu qeyd edib. Təşkilat bildirib ki, bu təxribat Ermənistanın işğalçılıq siyasətinin güc tətbiq etməklə davamlı olaraq həyata keçirdiyi növbəti göstərisidir:

“Belə bir addımı atmaqla Ermənistan işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədini açıq şəkildə nümayiş etdirir. Birmənalı şəkildə bildiririk ki, vəziyyətin gərginliyinə xidmət edən belə təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Polşada fəaliyyət göstərən “Azərbaycanlılar evi” təşkilatı da Ermənistanın bu hərəkətini qınayaraq, bölgədə gərginlik yaratmaqda ittiham edib. Xaricdə yaşayan soydaşlarımız da fərdi formada sosial şəbəkələr vasitəsilə Azərbaycanın yanında olduqlarını bildirib və Ermənistanın bu işğalçı hərəkətini pisləyən mövqe sərgiləyiblər.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.