AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO

AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO
11 İyul 2020 21:45


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflər sökülüb. 

 həmin hərflər latın qrafikası ilə yazılacaq. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası sözləri hazırlanır. Yaxın vaxtda binanın üzərinə quraşdırılacaq. Bu mövzuda isə fikirlər müxtəlifdir. 

Tədqiqatçı Fuad Axundov bildirir ki, binada aparılan dəyişikliklər məqsədəuyğun deyil. 

“Binanın üstündəki bütün hər şey o zəmanənin yadigarıdır. Hər bir dövr, hər bir zəmanə bu binanın üzərində öz izini qoyub. Onların hər biri tarixin özüdür, tarixi silmək olmaz”, - deyə Fuad Axundov qeyd edir. 

Tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyevanın sözlərinə görə, Bakının hər bir qədimi binasında tarixin bir işarəsi var. Onların hər biri öz dövrünün əks sədasını verir və tarixi əlamət kimi orada qalmalıdır.

“Mən təklif edərdim ki, həmin yazılar olduğu kimi qalsın, onun alt tərəfində latın qrafikası ilə yenidən yazı yazılsın. Bu zaman isə tarix qorunar”, - deyə Qənirə Pirquliyeva bildirir.

Tarixçi Məzahim Mustafazadə isə qeyd edir ki, binanın üzərində kiril əlifbasında olan hərflərin sökülməsi təqdirəlayiq addımdır. 1991-ci il oktyabrın 18-dən müstəqillik qazandığımızı nəzərə alsaq, bu hələ gecikdirilmiş prosesdir.

Hər halda, ziyalıların mövqeyindən belə aydın olur ki, tarixi binanın üzərindən yazının götürülməsi elə də düzgün addım olmayıb. Biz bu məsələni işıqlandırdıq, geriyə isə siz tamaşaçıların fikirləri qalır.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.