Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”

Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”
11 İyul 2020 21:29


Bu gün ölkədə fəaliyyət göstərən bəzi tibb müəssisələrinin vəziyyəti o qədər də ürəkaçan deyil. Problem pandemiyadan əvvəl də mövcud olduğu üçün həmin məsələnin hazırkı durumla əlaqələndirilməsi o qədər də inandırıcı görünmür.

Gün ərzində realpress.az-a vətəndaşlar tərəfindən müxtəlif sosial problemlərlə bağlı çoxsaylı müraciətlər daxil olur.

Təəssüf ki, onların bir çoxu səhiyyə sistemi ilə bağlıdır.

Daha da dəqiqləşdirsək, vətəndaşlar paytaxtın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayət edir. Sakinlər xəstəxananın, palataların bərbad vəziyyətindən və bəzi həkimlərin onlara olan münasibətindən narazıdır.

Görəsən, digər xəstəxanalarla müqayisədə, Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayətlərin sayının çox olmasına səbəb nədir? Xəstəxana əhalinin tələbatına cavab verə bilmir?

Məsələ ilə bağlı 26 saylı Sabunçu Birinci seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Fazil Mustafanın fikirlərini öyrəndik.

Millət vəkili realpress.az-a açıqlamasında hazırda Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxana binasının köhnə və baxımsız olduğunu deyib:

“Sabunçu rayon xəstəxanasının, eləcə də,, orada yerləşən poliklinika binalarının əksəriyyəti 100-120 il əvvəl tikilib. İnfrastruktur baxımından onların təmiri və ya vəziyyətinin yaxşılaşdırılması bir qədər effektsiz olacaq. Əlbəttə, xəstəxanada müəyyən çətinliklər var. Buna baxmayaraq, müəssisə müəyyən mənada tələblərə cavab verməyə çalışır”.

F.Mustafa Sabunçu rayonunda yeni xəstəxana binasının tikilməsini vacib hesab edir:

“Bu gün köhnə infrastrukturlu xəstəxana binasını nə qədər təmir etsən də, mümkün deyil. Sabunçu rayonunda yeni, modern, ən müasir standartlara cavab verən xəstəxana binasının tikilməsinə ehtiyac var, hətta deyərdim ki, vacibdir.

Bu, Sabunçuda yaşayan əhalinin qarşılaşdığı bir çox problemləri həll edəcək. Ancaq belə olan təqdirdə əhalinin ərazi üzrə tibb müəssisələrinə müraciətləri müəyyən mənada deyil, bütün istiqamətlərdə qarşılanacaq”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.