Pərvin Əsgərli: “Anamın vəziyyətində nisbətən də olsa, yaxşılaşma müşahidə edilir”

Pərvin Əsgərli: “Anamın vəziyyətində nisbətən də olsa, yaxşılaşma müşahidə edilir”
11 İyul 2020 14:48


“Nəinki media nümayəndəsi olaraq, hər şeydən öncə bir vətəndaş, övlad kimi anamın timsalında virusa yoluxanların canı ilə çarpışmasının şahidi oldum”.

Bu sözləri realpress.az-a anası koronavirusa yoluxan həmkarımız, ATV telekanalının aparıcısı Pərvib Əsgərli deyib. Onun sözlərinə görə, anasının vəziyyətində nisbətən də olsa, müsbət irəliləyiş müşahidə olunur:

“Anamla az əvvəl telefonda danışdım. Onunla söhbət zamanı palatalardan gələn səsləri, Allahdan dilənən yardımları eşitdim. Bu, məni çox sarsıtdı. Sanki anamla hər danışanda onun gözləri ilə oradakı xəstələri də görürəm. Anam hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alır. Həkimlər vəziyyətini ciddi nəzarətdə saxlayır. Əvvəlkinə nisbətən müsbət dəyişikliklər var. Bu, məni sevindirir. Ancaq həkimlər müalicənin hələ davam etdiyini deyir.

Bakı Sağlamlıq Mərkəzinin bütün rəhbərliyinə, koronavirus xəstələrinə baxan, onları sağlamlıqlarına qovuşduran bütün həkimlərə təşəkkür edirəm. Fəxr edirəm ki, ölkəmizdə Sizin kimi peşəkar həkimlərimiz var. Anamın vəziyyəti ilə bağlı narahat olan, maraqlanan hər kəsə minnətdaram”.

P.Əsgərli insanlara səslənərək, sağlamlıqlarını qorumalarını tövsiyə edib:

“İnanın ki, bu virus var və adi qrip deyil. Özünüzü, valideynlərinizi, övladlarınızı qoruyun. Maskadan istifadə edin. Ətrafınızdakı insanlar riayət etməsə, onlara da tövsiyə edin. Özünüzü və əzizlərinizi düşünün, sosial məsafəyə, karantin qaydalarına əməl edin”. 


18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

18 Apr 2024
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar. 

18 Apr 2024
Cəmiyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.