Qazaxıstan da karantin rejimini uzadır

Qazaxıstan da karantin rejimini uzadır
10 İyul 2020 16:43

bu sözləri Qazaxıstanın paytaxtı Nur-Sultanın valisi Altay Kulginov deyib.

Ölkədə karantin rejiminin uzadılması ilə bağlı danışan vali bildirib ki, qaydaların yumşaldılması yoluxma sayında artıma səbəb olub: "Fövqəladə vəziyyət elan etdik, karantinə girdik, ciddi qaydalara riayət etdik. Bu müəyyən dərəcədə kömək etdi. Bununla birlikdə, 11 maydan sonra karantin tədbirlərinin yumşaldılması ilə vətəndaşlar qaydaları unutmağa başladılar. Gördüyünüz kimi, xəstə insanların sayı artıb. Bu səhvləri təkrar etməməliyik. Diqqət etdiyiniz kimi, karantin rejimi düzgün yanaşma idi, həkimlərə və dövlət büdcəsinə yük yox idi. Fövqəladə hadisə zamanı vətəndaşlar işsiz qaldılar və rejimə tabe oldular. Bu, bizim üçün əhəmiyyətli bir xərc idi, ancaq gəlir yox idi. İndi iki həftəlik karantin tətbiq etmək məcburiyyətində qalırıq".

O, həmçinin qeyd edib ki, böyük şəhərlərdə tələbat olduğu üçün kafe-restoranların yay rejimində işinə icazə verilir: "İki həftə tez keçəcək. Əlbəttə ki, bəzi vətəndaşlar gözləməyə məcbur olurlar. Başqa tədbir görməsək, təbii ki, karantini uzatmalı olacağıq. Ancaq biz bunu istəmirik. Karantin müddətini uzatmamaq üçün keçmiş səhvləri nəzərə alıb təkrar etməməlidirlər". 


24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.

24 Apr 2024
Dünya

Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib

Tonqa Krallığının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.