Macarıstan iqtisadiyyatı çətin dövrünü yaşayır

Macarıstan iqtisadiyyatı çətin dövrünü yaşayır
10 İyul 2020 15:41

Macarıstan böhrandan ən çox zərər çəkmiş ölkələr sırasındadır.

 Macarıstan Milli Statistika Bürosunun yeni dərc edilmiş hesabatına istinadla xəbər verir ki, aprel ayında bu ölkədə sənaye məhsulları istehsalının həcmi illik hesabla 36,8 faiz, mart ayı ilə müqayisədə 30,5 faiz azalıb.

Ən kəskin tənəzzül avtomobil istehsalında müşahidə olunur. Eyni zamanda kompüterlər, elektronika məhsulları, optik məmulatlar, qida məhsulları, içkilər və tütün istehsalında ciddi azalma olmayıb.

Əczaçılıq preparatları istehsalı artıb. Bu göstəricilər iş günü hesabı ilə apreldə 36,8 faiz azalıb, ixrac üçün sənaye istehsalının həcmi isə illik hesabla 43 faiz aşağı düşüb.

Emal sənayesində ixrac üçün satışın ümumi həcminin 15 faizini təşkil edən nəqliyyat avadanlıqları ixracı çox kəskin – 77 faiz, kompüter, elektronika və optika məhsulları (ümumi ixracın 19 faizi) 23 faiz azalıb.

Cari ilin ilk 4 ayı ərzində istehsalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz aşağı olub.

Bununla belə, ekspertlər iqtisadiyyatda kəskin yüksəliş ehtimal olunduğunu söyləyirlər. İşsizliyin artması, əməkhaqqının azalması və istehlak xərclərində ehtiyatlılıq səbəbindən tələbat tədricən arta bilər.

Pandemiyanın ikinci dalğası təbabət sahəsinin bərpasını daha da ləngidə bilər, lakin səhiyyə sektorunda hazırlıq səviyyəsi daha yüksək, tibbi təyinatlı malların və bəzi perspektivli dərmanların sınaqlarının yetərincə təchiz olunması səbəbindən əvvəlki aylarda yaranmış vəziyyətin təkrarlanması gözlənilmir.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.