Səudiyyə Ərəbistanında məhdudlaşdırılmış Həcc ziyarətinə hazırlıq işləri tamamlanır

Səudiyyə Ərəbistanında məhdudlaşdırılmış Həcc ziyarətinə hazırlıq işləri tamamlanır
10 İyul 2020 14:33

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi son sutka ərzində ölkədə daha 3183 nəfərin COVID-19-a yoluxduğu, 41 pasiyentin isə dünyasını dəyişdiyi barədə məlumat yayıb. Qeyd olunub ki, pandemiyanın başladığı gündən bəri Krallıqda yeni növ koronavirusa 223 mindən çox yoluxma, 2100 ölüm halı qeydə alınıb.

 bu çətin şəraitdə Krallıq bu il məhdud formatda – cəmi 10 min zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətinə hazırlıqları tamamlamaq üzrədir. “Saudi Gazette” nəşrinin yazdığına görə, Mina, Ərafat və Müzdəlifədə dezinfeksiya və abadlıq işləri başa çatıb. Məkkə və Mədinənin küçələrində də ciddi təhlükəsizlik tədbirləri görülür. Müqəddəs məscidlərə isə yalnız iyulun 19-dan sonra COVID-19 testindən keçmiş və müvafiq icazəsi olan zəvvarlar buraxılacaq. Bundan başqa, kəsiləcək qurbanların baytar nəzarətindən keçirilməsi üçün xüsusi baytarlıq xidməti qrupları yaradılıb.

Zəvvarların 70 faizini Səudiyyə Ərəbistanında müvəqqəti yaşayan zəvvarlar təşkil edəcək. Artıq bu gün Həcc və Ümrə Nazirliyinin internet saytında müraciətlərin qəbulunun son müddətidir.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.