Hindistanda ötən sutka ərzində COVID-19-a 26 mindən çox yoluxma qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVID-19-a 26 mindən çox yoluxma qeydə alınıb
10 İyul 2020 14:24

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 26 min 506 yoluxma qeydə alınıb. Bu, Hindistanda gündəlik yoluxma üzrə yeni rekorddur. Ardıcıl 8 gündür ki, Hindistanda gündəlik yoluxma sayı 20 mindən yuxarı olur.

Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 793 min 802 nəfərə çatıb. Ötən sutka COVID-19 səbəbindən 475 ölüm baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 21 min 604-ə yüksəlib.

Nazirlik virusa yoluxanların təxminən 62 faizinin sağaldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.