Tokioda yoluxma sayında gündəlik rekord yeniləndi

Tokioda yoluxma sayında gündəlik rekord yeniləndi
10 İyul 2020 12:10

Son sutka ərzində Yaponiya paytaxtı Tokioda 240-dan çox yeni koronavirusa yoluxma faktı aşkar edilib.

 bu barədə cümə günü şəhər administrasiyasından açıqlama verilib. Daha dəqiq statistikanın yaxın zamanda dərc olunacağı qeyd olunub.

Beləliklə, Yaponiya paytaxtı gündəlik yeni yoluxma hallarının sayı baxımından rekordunu yeniləyib. Əvvəlki rekord iyulun 9-da qeydə alınmışdı - 224 yoluxma. Tokiodakı yeni yoluxanların böyük əksəriyyəti aktiv gecə həyatı sürən 20-40 yaşlı insanlardır.

“Diamond Princess” kruiz gəmisinin sərnişinləri və ekipajı da daxil olmaqla, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 21 min nəfəri keçib, 995 ölüm faktı qeydə alınıb. Təxminən, 18 min nəfər virusdan sağalıb, 36 pasiyent reanimasiya şöbələrində ağır vəziyyətdədir.


17 Apr 2024
Dünya

Qazaxıstanda 117 mindən çox insan təxiliyə edilib

Qazaxıstan xilasediciləri daşqınlar səbəbindən 117 mindən çox insanı məskunlaşmış ərazilərdən təxliyə ediblər.

17 Apr 2024
Dünya

Tbilisidə atışma olub: Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb.

17 Apr 2024
Dünya

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 milliləri Avropa çempionatına hazırlaşır.