Tərlan Əhmədov: “Şamaxıya getməyimiz koronavirus testlərinin cavabından asılıdır”

Tərlan Əhmədov: “Şamaxıya getməyimiz koronavirus testlərinin cavabından asılıdır”
10 İyul 2020 11:30


“İyulun 13-də Şamaxı Olimpiya İdman Kompleksinə yola düşəcəyik. Orada iki həftəlik təlim-məşq toplanışı keçirəcəyik”.

Bunu realpress.az-a “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

O, ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə”nin hazırlıq planlarından danışıb. Lakin Şamaxıya getmək üçün öncə koronavirus testi verilməli və nəticələri bilinməlidir:

“Ancaq Şamaxıya getməyimiz bu günlərdə verəcəyimiz koronavirus testlərinin cavabından da asılıdır. Çünki cavabların nə vaxt veriləcəyini bilmirik. Hər şey qaydasında olsa, iyulun 13-də Şamaxıya gedəcəyik”.

O, daha sonra Şamaxıdakı hazırlıqda nələrə diqqət yetiriləcəyindən danışıb:

“Toplanışın birinci mərhələsində fiziki hazırlığa, futbolçuların fiziki durumunun qaydaya salınmasına üstünlük veriləcək. Hazırlığın ikinci mərhələsi isə operativ qərargahdan asılıdır. Bəzi məsələlər dəqiqləşsə, biz də ona görə ikinci mərhələni quracağıq”.

Qeyd edək ki, avrokuboklarda mübarizə aparacaq “Qarabağ” və “Neftçi” Qəbələdə hazırlığa üstünlük verib. Bəs “Keşlə” niyə Şamaxı variantını seçib? Tərlan Əhmədov bu suala belə cavab verdi:

“Şamaxını seçməyimizdə bir neçə amil rol oynayıb. Onsuz da, fiziki hazırlıq zamanı yoxlama oyunu keçirmirlər. Lap deyək ki, keçirməli olsaq, “Qarabağ” və “Neftçi”nin hazırlaşdığı Qəbələyə Şamaxıdan getmək problem olmayacaq. Yol o qədər də uzaq deyil”.

Xatırladaq ki, “Keşlə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi avqustun 10-da bilinəcək. Komanda mübarizəyə avqustun 27-də qoşulacaq.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.