AZTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı: “Neqativ statuslar bu həssas vaxtda insanı çox incidir”

AZTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı: “Neqativ statuslar bu həssas vaxtda insanı çox incidir”
08 İyul 2020 17:50


AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

realpress.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında məlumat verib. 

Aparıcının sözlərinə görə, müalicəsi tam başa çatıb və verdiyi son testin nəticələri neqativ çıxıb. 

O, sosial şəbəkədə yazılan neqativ statusların, xəbərlərin insana pis təsir etdiyini deyib:

“Neqativ statuslar bu həssas vaxtda insanı çox incidir. Buna görə və ruh halımın bərpası üçün sosial şəbəkədən uzaqlaşmışam. Özünüzü, doğmalarınızı, sevdiklərinizi qoruyun!”

Telekanal, öz növbəsində, koronavirusa yoluxmuş əməkdaşlarının son vəziyyəti ilə bağlı açıqlama yayıb:

“AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti hazırda yaxşıdır. Onların hər biri ilə QSC tərəfindən əlaqə yaradılır, vəziyyətləri, səhhətləri ilə maraqlanılır, hər hansı ehtiyaclarının olub-olmadığı öyrənilir. Əməkdaşlarımızdan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir”.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.