Oduncaq tədarükünə başlanılıb

Oduncaq tədarükünə başlanılıb
08 İyul 2020 16:14

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib.

 bunu ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə veriləcək.

Xidmət rəisi bildirib ki, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə kənd ağsaqqalları, QHT nümayəndələri və ictimai fəallar oduncaq tədarükü prosesinə dəvət olunur. Bu işdə yaxından iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün Nazirliyin rəsmi internet səhifəsində (http://eco.gov.az/az) oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat verilir.

“Hazırda bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların sanitar qırıntısı prosesinə hazırlıq gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir”.

N.Xıdırov bu işlərdə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyinin, dəstəyinin çox zəruri olduğunu və onlar tərəfindən oduna ehtiyacı olanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb:

“Odun əldə etmək istəyən vətəndaşların və təşkilatların Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.