Afrikada COVID-19-a yoluxanların sayı 500 min nəfərə yaxınlaşır

Afrikada COVID-19-a yoluxanların sayı 500 min nəfərə yaxınlaşır
07 İyul 2020 17:40

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrika qitəsində COVID-19-a yoluxanların sayı 497 min nəfərdən çoxdur, 12 minə yaxın insan isə vəfat edib. Rəsmi statistik rəqəmlərə baxmayaraq, analitiklər bu qitədə pandemiyanın daha ağır nəticələrinin olduğu qənaətindədirlər.

 son 100 gün ərzində Afrika ölkələrində yeni növ koronavirusa 100 min nəfərdən çox insan yoluxub, yaxın 18 gündə isə bu rəqəm iki dəfədən çox artıb. Somali, Nigeriya kimi ölkələr isə pandemiya ilə yanaşı, quraqlıq fəlakəti ilə də üzləşib. Qeyd olunub ki, iyunun sonunda yoluxma hallarının 60 faizi Cənubi Afrika və Misirin payına düşüb. İyulun ilk günlərində isə pandemiyanın ən çox yayıldığı ölkə Nigeriya və Mavritaniya olub.

ÜST-nin məlumatında qeyd olunub ki, Afrikada yeni növ koronavirusdan vəfat edənlərin sayının az olması bu qitədə əhalinin 60 faizinin 25 yaşınadək gənclərin təşkil etməsidir. Ən aşağı insan itkiləri Çad, Əlcəzair, Niger və Malidə qeydə alınıb. Bəzi ölkələrdə səhiyyə sisteminin bərbad olması səbəbindən yoluxma və ölüm statistikası dəqiq aparılmır.


23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.