DİN-dən Xırdalanda karantin rejiminin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

DİN-dən Xırdalanda karantin rejiminin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
07 İyul 2020 17:34


Daxili İşlər Nazirliyi (DİN) bu gün Xırdalanda sakinlərin karantin qaydalarına riayət etməməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Məsələ ilə bağlı realpress.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları mütəmadi olaraq ərazilərdə koronavirusla mübarizə çərçivəsində xidmət aparırlar:

“Bəzi xəbər saytlarında Xırdalan sakinlərinin karantin qaydalarını pozması ilə bağlı xəbər yerləşdirilib. 

Bununla bağlı qeyd etmək istəyirik ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki parklarda, supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar”.

Z.Hüseynov polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı karantin qaydalarını pozan şəxslər barəsində protokolların tərtib edildiyini də vurğulayıb:

“Həmin parkda da fasiləsiz olaraq polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar xidmətə cəlb ediliblər. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həmin parkda reydlər keçirilir.

Sonuncu belə reyddə müvafiq icazəsi olmayan, o cümlədən, sosial məsafəni gözləmədən beş nəfərdən artıq taplaşaraq, hərəkət edən 20 nəfər şəxs RPİ-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib”.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.