Operativ qərargah dörd komandaya məşqlərə başlamağa icazə verdi - ÖZƏL

Operativ qərargah dörd komandaya məşqlərə başlamağa icazə verdi - ÖZƏL
07 İyul 2020 14:15


Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

realpress.az-ın xəbərinə görə, növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən razılıq verilib.

Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.

Əldə etdiyimiz digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir.

Bildirək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.

Qeyd edək ki, PFL prezidenti Ramin Musayev realpress.az-a müsahibəsində AFFA-nın bu dörd klub üçün dövlətdən razılıq alması üçün danışıqlar apardığını bildirmişdi.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.