ADIF əmanətlərlə bağlı Nazirlər Kabinetinə məktub göndərdi

ADIF əmanətlərlə bağlı Nazirlər Kabinetinə məktub göndərdi
06 İyul 2020 17:38


Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən ləğv prosesində olan “Atabank” ASC, “AGBank” ASC və “NBC Bank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb.

Bildirilib ki, ləğv prosesində olan “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib.

Təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunub, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.

Bundan əlavə, “Atabank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb.

8 Avq 2020
İqtisadiyyat

SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi - FOTO/VİDEO

Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbər şurasının üzvlərinin “SOCAR Tower”də iclası keçirilib.

7 Avq 2020
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,70 ABŞ dolları, yaxud 1,48% azalıb.

6 Avq 2020
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 6 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

5 Avq 2020
İqtisadiyyat

“Brent” markalı neftin bir barelinin qiyməti 45 dolları keçdi

“Brent” markalı neftin bir barelinin qiyməti martın 6-dan sonra ilk dəfə 45 dolları keçib.