Gəncədəki tarixi karvansara hotelə çevrildi - VİDEOREPORTAJ

Gəncədəki tarixi karvansara hotelə çevrildi - VİDEOREPORTAJ
06 İyul 2020 16:32


Qədim “İpək yolu”nun üzərində yerləşən Gəncə bir çox zəngin tarixi abidələri ilə yanaşı, karvansara kimi tanınan abidələri ilə də zəngindir. 

Bir zamanlar tacirlər, sarvanların üz tutduqları Gəncədə onların rahat ticarət etmələri üçün karvansaralar tikilib.

Tarixi faktlara görə, şəhərdə beş karvansara olub. Lakin dövrümüzə Şah Abbas və Uğurlu xan zamanında memar Şeyx Bahəddin tərəfindən inşa edilən bu qədim abidələr qalıb. Bu gün Şah Abbas və Uğurlu xan karvansaraları Şərqin ən qədim abidələrindən biri hesab olunur. 

Prezident İlham Əliyevin tapşırığı ilə Şah Abbas və Uğurlu Xan karvansaraları yenidən əsaslı şəkildə bərpa edilib. Bu günlərdə isə Gəncəyə səfər edən dövlət başçısı tarixi abidənin əsaslı bərpadan sonra açılışında iştirak edib. 

Tarixi abidə hotel kompleksi kimi fəaliyyət göstərəcək. Bunun üçün bütün imkanlar hazırlanıb. Abidə hotel kimi fəaliyyət göstərsə də, binanın tarixi keçmişinin qorunmasına xüsusi diqqət ayrılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.