“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA

“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA
05 İyul 2020 13:27


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğından sonra havanın çirklənməsi məsələsinə münasibət bildirib.

Qurumun mətbuat katibi İradə İbrahimova realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın ərazinin havasına neqativ təsir göstərib:

"Mütəxəssislərimiz havadan nümunə götürüblər. Nəticələr analizdən sonra dəqiq bilinəcək və bununla bağlı məlumat veriləcək. Ətraf ərazilərdə çirklənmə baş verib. Təəssüf ki, ətrafda yaşayan sakinlər çirklənmə ilə üzləşib, yanğın müəyyən mənfi təsirlərə səbəb olub".

Qeyd edək ki, Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı beşi FHN-nin əməkdaşı olmaqla, altı nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İlkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tezalışan maddələr əksəriyyət təşkil edib.


28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

28 Mar 2024
Cəmiyyət

Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.