Sərt karantin günlərində çimərlikdə ad günü şənliyi şöbədə bitdi - FOTO/VİDEO

Sərt karantin günlərində çimərlikdə ad günü şənliyi şöbədə bitdi - FOTO/VİDEO
05 İyul 2020 13:17


Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Onların diqqətinə çatdırılıb ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.