Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ
04 İyul 2020 14:23


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarının bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev realpress.az-a açıqlamasında bildirib ki, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunub:

“Bir çox ərazilərdə karantin postları yığışdırılıb, bəzi yerlərdə isə marşrut postları fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları, polis əməkdaşları sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili yollarda gücləndirilimiş iş rejimində çalışırlar”.

K.Əliyev bildirib ki, küçə və prospektlərdə hərəkət iştirakçıları ciddi yoxlanılır:

“Xahiş edirik ki, müvafiq icazəsi olmadan kimsə yaşadığı yeri tərk etməsin. Sərt karantin rejimini pozan hər bir şəxs məsuliyyətdən kənarda qalmayacaq”.

“Əhali tələb olunan qaydalara ciddi nəzarət etsin ki, koronavirusa yoluxmanın qarşısını almaq mümkün olsun”, - deyə DİN rəsmisi qeyd edib.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.