85 min nəfərin icazəsi ləğv edildi - RƏSMİ

85 min nəfərin icazəsi ləğv edildi - RƏSMİ
03 İyul 2020 17:47


“İki həftəlik karantin rejimi dövründə 66 minə yaxın müraciət daxil olub”.

realpress.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib. 

Onun sözlərinə görə, dövlət və özəl sektor tərəfindən 700 minə yaxın icazə alınıb:

“Araşdırma zamanı müəyyən olunub ki, icazə hallarından sui-istifadə edilib. Bu səbəblə 85 minə yaxın icazə silinib və aidiyyəti orqanlara bununla bağlı məlumat göndərilib.

Nazirlər Kabinetinin qərarında sahəyə uyğun şəxslərə icazələrin verilməsinə qərar verilib. Xahiş edirik, bunu nəzərə alsınlar. İş olmayan zamanda icazədən sui-istifadə etmək olmaz”.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.