Gürcüstanda bəzi ərzaq məhsullarının qiymətində azalma olub

Gürcüstanda bəzi ərzaq məhsullarının qiymətində azalma olub
03 İyul 2020 16:15

Gürcüstanda iyun ayında bəzi ərzaq məhsullarının qiymətində azalma, geyim və səhiyyə xidmətlərində qiymət artımı qeydə alınıb.

bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilir ki, ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,4 faiz azalıb. İllik inflyasiya isə 6,1 faizə bərabər olub.

İyun ayında ölkədə ərzaq və alkoqolsuz içkilər qrupunda 4,8 faiz, nəqliyyat xidmətlərində 3,4 faiz azalma qeydə alınıb.

Geyim və ayaqqabıların qiymətində isə əksinə 5,6 faiz bahalaşma qeydə alınıb. Səhiyyə xidmətləri sahəsində qiymət artımı 2,2 faizə bərabər olub.

Bildirilir ki, illik inflyasiya ilə müqayisədə ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,6 faiz artıb.

Meyvə və üzüm 46,5 faiz, süd, pendir və yumurta 17,2 faiz, balıq 15,8 faiz, ət məhsulları 13,1 faiz, qəhvə, çay və kakao 14,8 faiz, yağlar 13,5 faiz, qənd, şəkər tozu, cem, bal, şokolad və qənnadı məmulatları 12,6 faiz, çörək 10 faiz, mineral sular, içkilər, meyvə və tərəvəz şirələri isə 9,3 faiz bahalaşıb.


29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.