ABŞ-da koronavirusa 52 mindən çox yeni yoluxma halı aşkarlanıb

ABŞ-da koronavirusa 52 mindən çox yeni yoluxma halı aşkarlanıb
03 İyul 2020 15:53

ABŞ-da son sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma halı aşkarlanıb.

COVID-19 pandemiyasının statistikasını aparan Cons Hopkins Universitetinə istinadla xəbər verir ki, son 24 saatda ölkədə 52 min 291 yoluxma qeydə alınıb. Universitetin məlumatına görə, koronavirus diaqnozu təsdiqlənmiş daha 635 xəstə həyatını itirib. Bir gün əvvəl bu göstəricilər müvafiq olaraq 50,6 min və 645 nəfər idi.

Ölkədə indiyədək ümumilikdə 2 milyon 740 minə yaxın yoluxma halı müəyyənləşdirilib. Ölənlərin sayı 128 mini, sağalan xəstələrin sayı isə 781 mini ötüb.

İki ay əvvəl Prezident Donald Tramp ümid etdiyini bildirmişdi ki, ölkədə koronovirusdan ölənlərin sayı 100 mini keçməyəcək. “Ümid edək ki, biz 100 mindən aşağı ölüm səviyyəsinə çıxacağıq, amma hər halda bu da dəhşətdir”, - o vaxt Prezident jurnalistlərə belə demişdi.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.