Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO
02 İyul 2020 09:27


Paytaxtın Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən realpress.az-a daxil olan məlumatda belə deyilir. 

Bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Təyin edilən qaydalara baxmayaraq, o, yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.