Bakıda polis postlarının götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda polis postlarının götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
02 İyul 2020 09:09


Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir. 

Bildirilir ki, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək:  

“Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri  tələb olunur”. 


24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramovun Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin milli təhlükəsizlik müşaviri Tomas Pocarın moderatorluğu ilə keçirilən dəyirmi masa görüşündə Türkiyənin Çexiyadakı keçmiş səfiri Egemen Bağış və səfirliyin birinci müşaviri Banu Malaman, Azərbaycanın Praqadakı səfiri Adış Məmmədov və digər qonaqlarla fikir mübadiləsi aparılıb.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.