Ali məktəblərə qəbul olunmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

Ali məktəblərə qəbul olunmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
29 İyun 2020 17:27

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, ərizələrinin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 17:00-a olan məlumata görə, 12 min 50 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsini təsdiq etmək üçün ötən ildən fərqli olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə getmirlər. Subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq göndəriləcək. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.

Subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünəməxsus deyilsə və ya nömrə dəyişilibsə, “Əlaqə məlumatları” bölməsində müvafiq düzəliş etməlidir. SMS xəbərdarlıq aldıqdan sonra elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.


29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.