İlham Əliyev və Mehriban Əliyeva İçərişəhərdə - YENİLƏNİB + FOTO

İlham Əliyev və Mehriban Əliyeva İçərişəhərdə - YENİLƏNİB + FOTO
29 İyun 2020 16:24


İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə bu qapıların və ona bitişik olan qala divarının bərpası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən və gələn il icra olunacaq işlər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “İstedArt” layihəsi barədə məlumat verilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar, Bakı Xan Sarayı Kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Burada “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

Bildirilib ki, Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, aparılan konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək.

Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini veriblər.

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

bərpa-konservasiya işləri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.


24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”

“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”.

23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.