Çin ABŞ tərəfinin ölkənin istehsal şirkətlərinə göstərdiyi təzyiqlərə etirazını bildirib.
Rəsmi Pekin Vaşinqtona sözügedən siyasətə son qoyulması tələbi ilə müraciət edib.
Çin tərəfi şirkətlərinə göstərilən bu təzyiqin əsassız olduğunu vurğulayıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.