Deputat dünya dövlətlərinin İlham Əliyevə dəstək verməsindən qürur duyur

Deputat dünya dövlətlərinin İlham Əliyevə dəstək verməsindən qürur duyur
29 İyun 2020 15:46


“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünyaya olan bir çağırışdır və 130-dan çox ölkə bu təşəbbüsü dəstəklədi”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Bu ilin mayın 4-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə Toplantısında bütün dünya dövlətlərini koronavirus pandemiyası ilə mübarizədə həmrəyliyə çağırmışdı.

İyunun 27-də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb.

Sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

E.Məmmədov qeyd edib ki, Prezidentin təşəbbüsünə dünya miqyasında dəstək verilməsindən qürur duyur.

Millət vəkili dövlətlərin Prezidentin çağırışına dəstək verməsi Azərbaycan dövlətinin beynəlxalq aləmdə olan nüfuzundan, hörmətindən xəbər verir.

“Hesab edirəm ki, bu təşəbbüs müsbət nəticə verəcək və xeyrimizə işləyəcək”, - deyə E.Məmmədov əlavə edib.

Deputat onu da xatırladıb ki, koronavirus pandemiyası başlayandan Prezident bir neçə dəfə dünya miqyaslı tədbirlərin keçirilməsinə nail olub.


29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.