Azərbaycanda energetika sahəsinin inkişafı: Yeni iş yerləri yaranacaq - ŞƏRH

Azərbaycanda energetika sahəsinin inkişafı: Yeni iş yerləri yaranacaq - ŞƏRH
27 İyun 2020 11:03


“Həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycanda energetika sahəsinin inkişafına çox böyük diqqət yetirib”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Tikintisinə 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib.

Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb.

Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəzadan sonra ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda baş vermiş qəza nəticəsində təxminən min litrə qədər yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də, kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq, güclü yanğına səbəb olmuşdu. Nəticədə, bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə 30 yeni elektrik stansiyası tikilib.

Deputatın fikrincə, Prezidentin göstərişindən sonra Mingəçevirdə elektrik stansiyasının əsaslı təmiri itirilmiş yükün bərpasına, eyni zamanda, Cənubi Qafqazın ən böyük elektrik stansiyanın texniki vəziyyətinin müasir tələblər səviyyəsinə çatmasına imkan verdi.

Millət vəkili hesab edir ki, görülmüş işlər nəticəsində Azərbaycan vətəndaşlarının, biznes dairələrinin elektrik enerjisinə olan tələbatı tamamilə ödənilir.

“Təsadüfi deyil ki, Azərbaycan elektrik əlçatanlılığına görə dünyada ikinci yerdədir. Bu, ona gətirib çıxarıb ki, Azərbaycan elektrik enerjisi satan ölkəyə çevrilib. Ölkə hazırda üç qonşusuna elektrik enerjisi satışını həyata keçirir. Bu, gələcəkdə daha da arta bilər”, - deyə A.Mirzəzadə əlavə edib.

Milli Məclis üzvü onu da bildirib ki, Azərbaycan energetika sahəsinin inkişafında lokomotiv rolunu oynayır:

“Bu, biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, texniki təhsilli mütəxəssislərin sayının artmasına gətirib çıxara bilər”.

Xatırladaq ki, iyunun 25-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, səkkiz enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Aqşin Kərimov

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.