“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO
23 İyun 2020 16:39


“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.

realpress.az xəbər verir ki, 2020-ci ildə ifaçı “Avroviziya” Mahnı Müsabiqəsinin milli seçimində özünü sınayıb. 

Bu yaxınlarda L.Dadaşova yeni musiqi layihəsini – “Köz” mahnısını və ona çəkilmiş klipini pərəstişkarlarına təqdim edib. 

Müğənni mahnı haqqında fikirlərini bölüşüb:

“Bu qarışıq zamanda, dünyanı koronavirus pandemiyası əhatə edən dövrdə, düşünürəm ki, hər kəs həyatdan həzz almağa davam etmək, adi şeyləri və məqamları yenidən qiymətləndirmək bacarığını hiss etməlidir. Bəzən saatı geri çevirib ürəklərimizə əziz olan, sevgi hissi ilə dolu bəzi məqamları geri qaytarmaq istəyirik. Əminəm ki, hər kəs bu mahnını özünə görə anlayacaq və yaşayacaq”.

Qeyd edək ki, 2020-ci ilin yay mövsümünün hitlərindən biri olmaq üçün hər şansa sahib olan “Köz” mahnısının musiqisi və sözlərinin müəllifi - Abbas İsmayılov, rejissoru Toğrul Həsənovdur. 

Xüsusi olaraq klip üçün L.Dadaşovanın imicini top stilist Anar Ağakişiyev kökündən dəyişdirib. İdeya müəllifi və layihə rəhbəri Səmra Axundovadır. L.Dadaşova öz komandası ilə tezliklə bir sıra yaradıcı layihələri həyata keçirməyi planlaşdırır. 

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.