AZAL rəsmisindən Bakı-Naxçıvan reysi ilə bağlı MÜHÜM AÇIQLAMA

AZAL rəsmisindən Bakı-Naxçıvan reysi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 İyun 2020 09:08


“Bakı-Naxçıvan və ya Naxçıvan-Bakı istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasında sərnişin barədə məlumat çıxacaq”.

realpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev pandemiya dövründə AZAL-ın itkisi barədə məlumat verərkən deyib. 

O bildirib ki, bundan sonra AZAL-ın baza sistemi TƏBİB-in bazası ilə əməkdaşlıq edəcək:

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətinə bilet alan Azərbaycan vətəndaşları dövlət hesabına COVID-19 testindən keçəcək. Bu testlər 48 saat müddətinə qüvvədə qalacaq. Onu da xatırladım ki, reyslər başlamazdan 72 saat qabaq bilet satışı dayandırılacaq”.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.