Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA
04 İyun 2020 18:06


“Yaxın günlərdə daxili uçuşların bərpa edilməsi gündəmdədir”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədrin sözlərinə görə, hava nəqliyyatını tənzimləyən metodiki göstərişlər hazırlanaraq, təqdim olunub:

“Daxili uçuşlarda, gəliş və gedişlərdə laborator analizlərin keçirilməsi məsələləri də göstərişlərə daxil edilib. Bəzi müzakirəsi tamamlanmayan məsələlər qalıb. Bunlara da tez bir zamanda aydınlıq gələr.

Beynəlxalq uçuşlara gəldikdə, xarici hava nəqliyyatı qurumları məlumatlar veriblər. Ölkəmizdə bununla bağlı müzakirələr gedir və biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.