Parisdə keçirilməli olan və koronavirusa görə təxirə salınmış yarış Bakıya salındı

Parisdə keçirilməli olan və koronavirusa görə təxirə salınmış yarış Bakıya salındı
04 İyun 2020 15:36


Bu il Bakıda gimnastika üzrə daha bir yarış keçirilməlidir.

realpress.az xəbər verir ki, Avropa Gimnastikasının İcraiyyə Komitəsi koronavirusa görə təxirə salınmış builki qitə çempionatları barədə qərar çıxarıb.

30 aprel – 3 may tarixlərində Fransanın paytaxtı Parisdə keçirilməli olan qadın idman gimnastları arasında Avropa çempionatı Bakıya salınıb. Bu yarış 17-20 dekabrda paytaxtımızda təşkil olunacaq.

Bundan başqa, Bakıda 27-31 may tarixlərində keçirilməsi planlaşdırılmış kişi idman gimnastları arasında XXXIV Avropa çempionatı dekabrda baş tutacaq. Həmin yarışın yeni tarixi 9-13 dekabrdır.

Həmçinin, Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabrda təşkil olunacaq. Hər üç yarış Olimpiadaya lisenziya qazandıracaq.

Bununla bağlı Avropa Gimnastikasının azərbaycanlı prezidenti Fərid Qayıbovun açıqlamasını təqdim edirik:

“Bu qərarlar milli federasiyalardan gələn hazırkı informasiyaya və Avropadakı vəziyyətə əsasən qəbul edilib. Hazırda düşünürük ki, bu tədbirləri payızda təşkil etmək mümkündür. Bununla belə, Avropa Gimnastikası növbəti aylarda vəziyyəti qiymətləndirməyə davam edəcək. Həmin tarixdə vəziyyət daha təhlükəsiz hesab olunmasa, buna uyğun qərar verəcəyik. Gimnastların, məşqçilərin, tamaşaçıların sağlamlığı əsas narahatlığımız olaraq qalır”.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.