DİN-dən İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA - VİDEO

DİN-dən İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA - VİDEO
04 İyun 2020 12:45


Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunun Hacalmuradlı kəndində örüş sahəsində ötən gün baş verən insidentlə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan realpress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonunun Hacalmuradlı kəndindən olan bir qrup şəxs örüş sahəsinin digər sakin tərəfindən zəbt edilməsinə etiraz olaraq toplaşıb:

“Bu zaman tərəflər arasında insident baş verib, iki kənd sakini bir-birinə xəsarət yetirib. İnsidentlə əlaqədar İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kənd ərazisinə gəlib. İctimai asayiş qaydalarını pozan iki kənd sakini - F.Əbişov və İ.Həsənov saxlanılaraq, Polis Şöbəsinə gətirilib”.

“Saxlanılan şəxslər barəsində İmişli RPŞ-də qanunamüvafiq tədbirlər görülüb, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.