“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur

“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur
02 İyun 2020 14:13


“Formula 1” üzrə dünya çempionatının cari mövsüm üçün cədvəli açıqlanıb.

realpress.az xəbər verir ki, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-Prisinin adı siyahıda yoxdur.

Avstriya və Böyük Britaniyada iki yarış keçiriləcək. Azarkeşsiz baş tutacaq rəsmi təsdiqlənmiş səkkiz yarış bunlardır:

Avstriya Qran-Priləri (3-5, 10-12 iyul), Macarıstan Qran-Prisi (17-19 iyul), Böyük Britaniya Qran-Priləri (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya Qran-Prisi (14-16 avqust), Belçika Qran-Prisi (28-30 avqust), İtaliya Qran-Prisi (4-6 sentyabr).

Qalan yarışların cədvəli daha sonra açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin sentyabrın sonlarında keçiriləcəyi ehtimal edilir. Lakin Bakı Şəhər Halqası yarışı azarkeşsiz keçirmək istəmir. Bu səbəbdən də bu il Bakıda yarış keçirilməyə bilər.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.