Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı - VİDEO + YENİLƏNİB

Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı - VİDEO + YENİLƏNİB
02 İyun 2020 09:35


“Metronun “28 May” stansiyasında karantin rejiminin pozulmaması üçün sərnişinlər stansiyaya kütləvi şəkildə buraxılmır”.

Bunu realpress.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda heç bir hadisə baş verməyib:

“İstər metronun “28 May” stansiyasında, istərsə də digər stansiyalarda pik saatlarda sərnişin sıxlığı müşahidə edilir. Sərnişinlərin stansiyaya kütləvi şəkildə daxil olmaması üçün karantin rejiminin tələblərinə uyğun tədbirlər görülür. Fotolar da pik saatda çəkilib.

Bütün sərnişinlər sosial məsafənin qorunması çərçivəsində stansiyaya daxil olurlar. Sərnişinlərin stansiyalara buraxılmamasına dair məlumatlar həqiqəti əks etdirmir”.

19:26

Bu gün axşam saatlarında metroda sıxlıq yaranıb.

realpress.az xəbər verir ki, sıxlıq metronun “28 May” stansiyasında müşahidə edilib. Yüzlərlə adam metroya daxil olmaqda çətinlik çəkib.

Sıxlıqdan xeyli sayda sərnişin metronun giriş qapısından içəri daxil ola bilməyib.


18 Apr 2024
Cəmiyyət

Başlıbel qətliamından 31 il ötür - VİDEO

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.

17 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

17 Apr 2024
Cəmiyyət

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

17 Apr 2024
Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.

17 Apr 2024
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.