Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - RƏSMİ + FOTO

Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - RƏSMİ + FOTO
01 İyun 2020 18:03


Baş Prokurorluq Bakı şəhər prokurorluğunun əməkdaşının koronavirusdan ölməsi ilə bağlı yayılan məlumatalara aydınlıq gətirib.

Baş Prokurorluqdan verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər prokurorluğunun əməkdaşı Yusif Səməndərovun guya yeni növ koronavirus infeksiyasına yoluxması səbəbindən vəfat etməsi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı şəhər prokurorluğunda onunla ünsiyyətdə olan şəxslərdə koronavirusla bağlı edilmiş test nəticələrinin bir neçə əməkdaşda pozitiv çıxması barədə yalan məlumatlar yayılıb:

“Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Bildiririk ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib, onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir.

Aparılmış araşdırmalarla Yusif Səməndərovun kəskin ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəlikdən mayın 31-də vəfat etməsi, eyni zamanda onun koronavirus test nəticəsinin neqativ çıxması müəyyənləşdirilib.

Baş Prokurorluq kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edir ki, bu qəbildən olan yalan informasiyaların yayılmasını həyata keçirən KİV-lər barəsində ən ciddi tədbirlər görüləcək”.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.