Kreml: Hələlik Rusiyanın sərhədləri əcnəbilər üçün açılmayacaq

Kreml: Hələlik Rusiyanın sərhədləri əcnəbilər üçün açılmayacaq
01 İyun 2020 17:29


Rusiya hələ ki, sərhədlərini xarici dövlətlər üçün açmağı planlaşdırmır.

Məhdudiyyətlərin koronavirus pandemiyası səbəbindən tətbiq edildiyi bildirilir. Turistlər səyahət tarixini dəyişir. Reallaşmayan səfərlərin pulları geri qaytarılır. Başqa ölkələrdə qalan vətəndaşlar mütəmadi olaraq təxliyyə edilir.

“Hələlik sərhədlərin əcnəbilər üçün açılması ilə bağlı hər hansı qərar verilməyib. Rusiyada mövcud olan bağlı sərhəd rejimi rəsmi nümayəndələrə, o cümlədən, Qələbə Günü nümayişində iştirak etmək üçün gələnlərə şamil edilmir”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Rusiyada koronavirus pandemiyası səbəbindən Qələbə paradı iyunun 24-nə keçirilib.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.