Belçika şahzadəsi üzr istədi

Belçika şahzadəsi üzr istədi
01 İyun 2020 16:52


Belçika şahzadəsi İoahim İspaniyanın Kurtuba şəhərində özünütəcrid qaydalarını pozaraq, qonaqlıqda iştirak etdiyi üçün üzr istəyib.

 qonaqlıqdan sonra şahzadənin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Şahzadənin vəkili onun adından “Karantin tələblərinə əməl etmədiyim üçün üzr istəyirəm. Etdiyim hərəkətə görə peşmanam və məsuliyyət daşıyıram”, - deyə yazılı açıqlama verib.

Belçika kralının qardaşı oğlu olan 28 yaşlı İoahimin qonaqlığa qədər bütün təcrid qaydalarına riayət etdiyi və İspaniyaya uçana qədər ailəsi ilə birlikdə təcrid olunaraq yaşadığı bildirilir.

27 nəfərin qatıldığı qonaqlıqda fövqəladə vəziyyət rejiminin pozulduğuna görə, şahzadə də daxil olmaqla bütün iştirakçılara qarşı cinayət işinin başlanıldığı və onların karantinə alındığı bildirilir.

Qeyd edək ki, şahzadə İoahim 24 may tarixində məşhur ispan iş adamının qızı Viktoriya Ortizi ziyarət etmək üçün təyyarə ilə Madridə və eyni gündə sürətli qatarla Kurtubaya gedib.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.