Banklara qoyulan əmanətlər 300 milyon manat azalıb - RƏSMİ

Banklara qoyulan əmanətlər 300 milyon manat azalıb - RƏSMİ
01 İyun 2020 16:15


“Bu ilin əvvəlindən əhalinin banklara qoyulan əmanətləri 3,7 faiz - 300 milyon manat azalıb. Təbii ki, bu da gözləniləndir. Çünki pandemiya şəraitində əhali öz yığımlardan istifadə edir”.

realpress.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, may ayında banklara əmanətlərin qoyulmasında 0,3 faiz - 51 milyon manat artım müşahidə edilir.

“Bank sektorunda 9,7 milyard manatdan çox likvidlik var. Bank sektoru bu aktivlərin 29 faizini təşkil edir”, - deyə baş bankir əlavə edib. 

E.Rüstəmov vurğulayıb ki, 21 may tarixinə banklara 1,4 milyard manat məbləğində kreditlərin restrukturizasiyası üçün 57 minə yaxın müraciət edilib:

“Bunun 94 faizi biznes, üç faizi istehlak, üç faizi isə ipoteka kreditləri ilə bağlıdır”.


18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

18 Apr 2024
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar. 

18 Apr 2024
Cəmiyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.

18 Apr 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 18 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.