Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli açıqlandı

Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli açıqlandı
31 May 2020 17:57


“Fransa bazarında ölkəmizin ən iri investoru qismində Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) çıxış edir. Toplam olaraq investisiya portfeli 2,1 milyard ABŞ dolları təşkil edən bu məbləğ ARDNF tərəfindən sabit gəlirli qiymətli kağızlar, pul bazarlarına, səhmlərə və daşınmaz əmlaka yönəldilib”.

Bunu  müsahibəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib. 

“Bununla yanaşı, son dövrlər Azərbaycan şirkətləri tərəfindən Fransa bazarına marağın artması müşahidə edilir, bu, əsasən əmlak və turizm sahəsinə aid edilə bilər. Misal üçün, Azərbaycan mənşəli sərmayə əsaslı Paris şəhərində restoran və Konyak şəhərində mehmanxana fəaliyyət göstərir”, - deyə R.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Fransanın müxtəlif regionlarında “Made in Azerbaijan” guşələrinin yaradılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə iş aparılır: “Bildiyiniz kimi, Fransanın Konyak şəhərində Azərbaycanın “Tovuz Baltika” şirkəti öz satış mərkəzi ilə təmsil olunur. Yaxın zamanda isə Fransanın Bordo şəhərində yerləşən “Şərab şəhərciyi” adlı şərab evində Azərbaycan şərablarının təqdimatının keçirilməsi istiqamətində iş aparılır.

Qarşıdan gələn illərdə əməkdaşlıq üçün prioritet sahə kimi tikinti, alternativ enerji, şəhərsalma, rəqəmsallaşma, informasiya texnologiyaları, qabaqcıl texnologiyanın ötürülməsi, ətraf mühit, sənaye, nəqliyyat və kənd təsərrüfatını görürük”.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.